Alonso “Liverpul”u məyus edib

“Liverpul” Xabi Alonsonun “Çelsi”yə baş məşqçi təyin olunması qərarından narazı qalıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, mersisaydlılar ispaniyalı mütəxəssisi hələ 2024-cü ilin yayında, Yurgen Klopp komandadan ayrıldıqdan sonra baş məşqçi postuna gətirmək istəyirdilər. Ancaq Alonso həmin vaxt İngiltərə klubunun təklifini geri çevirmiş və daha sonra “Real”dan gələn təklifi qəbul etmişdi.

Alonso ötən həftə “Çelsi” ilə razılığa gəldikdən sonra “Liverpul” rəhbərliyi məyus olub. Bundan sonra uğursuz mövsümə baxmayaraq, Arne Slotun baş məşqçi postunda saxlanılması qərarına gəlinib.

Alonso futbolçu karyerası ərzində 2004–2009-cu illərdə “Liverpul”un formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button