“Liverpul” Premyer Liqa rekordunu yeniləyib

Premyer Liqanın 16-cı turunun matçında “Liverpul” səfərdə “Kristal Pelas”a qalib gəlib (2:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar”a qələbəni matçın 90+4-cü dəqiqəsində Harvi Elliottun qolu qazandırıb. “Liverpul” 90-cı dəqiqədən sonra 43-cü dəfə qələbə qolunu vuraraq Premyer Liqa rekordunu yeniləyib. Yurgen Kloppun rəhbərliyi altında komanda 17 belə oyun keçirib.

Siyahının ikinci pilləsində 32 qələbə qolunu vuran “Arsenal” qərarlaşıb. Üçüncü yerdə “Tottenhem”dir (31). Sonrakı yerləri “Mançester Yunayted” (29) və “Çelsi” (26) tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button