“Liverpul” əlcəzairli fubolçunun keçidi ilə bağlı razılığa gəlib

“Vulverhempton”a məxsus olan 22 yaşlı müdafiəçi Rayan Ait-Nuri karyerasını top-klubda davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Liverpul” əlcəzairli futbolçu  ilə müqavilə bağlamaqda maraqlıdır.

“Qırmızılar” artıq “Vulverhempton”la danışıqlar aparıb və futbolçunun transferi ilə bağlı ilkin razılığa gəlib. Müqavilənin məbləği 45 milyon avro olaraq qiymətləndirilir. Bu, “Liverpul”un Yurgen Klopp komandadan ayrıldıqdan sonra ilk transferi olacaq. Almaniyalı mütəxəssis cari mövsümün sonunda komandanı tərk edəcək.

Ait-Nuri İngiltərə çempionatının bu mövsümündə 28 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button