“Liverpul” 2 transferə 200 milyon avro xərcləyə bilər

“Liverpul” “Napoli”nin iki futbolçusunu – yarımmüdafiəçi Xviça Kvaratsxeliya və hücumçu Viktor Osimheni almaqda maraqlıdır.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, hər iki futbolçunun transferi İngiltərə klubuna ən azı 200 milyon avroya başa gələcək. “Qırmızılar” futbolçuları 2023-cü ilin yayında transfer etməyi planlaşdırır.

Bu mövsüm “Napoli” İtaliya A Seriyasında liderdir və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. “Liverpul” isə ÇL-də qrupu ikinci yerdə tamamlayıb.

Neapolluların heyətində Kvaratsxeliya 17 matçda 8 qol vurub və 10 məhsuldar ötürmə verib. 23 yaşlı Osimhen İtaliya çempionatının bombardiridir və bütün yarışlarda 14 matçda 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button