
“Liverpul” 19 yaşlı hücumçuya göz dikib
“Bornmut”un hücumçusu Eli Krupi karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
19 yaşlı forvardın transferində “Liverpul” maraqlıdır. “Qırmızılar” cari mövsüm başa çatdıqdan sonra onu heyətinə qatmaq üçün rəsmi addım ata bilər. Ancaq “Bornmut” oyunçusunu ucuz qiymətə buraxmaq niyyətində deyil. Klub Krupi üçün 80-90 milyon avro aralığında məbləğ tələb edir.
Fransalı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 22 oyunda iştirak edib və 8 qol vurub. Onun “Bornmut”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



