
“Lids” keçmiş futbolçusunu qaytarmaq istəyir
“Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillips İngiltərə Premyer Liqasının digər təmsilçisinin diqqət mərkəzinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunu onun keçmiş klubu “Lids” yenidən heyətinə qatmaq istəyir.
“Lids” artıq “Mançester Siti” ilə Fillipsin icarəsi barədə ilkin danışıqlar aparıb. Transferin baş tutması üçün əsas şərt “şəhərlilər”in futbolçunun həftəlik 250 min funt sterlinq (təxminən 285 min avro) məvacibinin böyük hissəsini öhdəsinə götürməsidir.
29 yaşlı oyunçuya Avropanın digər aparıcı çempionatlarından da maraq var.
İngiltərəli futbolçu cari mövsümdə cəmi 7 dəqiqə meydanda olub. O, 2014-2022-ci illərdə “Lids”in formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



