Premyer Liqanı tərk edən klubda qalmaq istəmir

Müdafiəçi Junior Firpo “Lids”dən ayrılacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Lids təmsilçisinin 2022/23 mövsümünün nəticələrinə görə Premyer Liqanı tərk etməsidir.

O, özünü başqa klubda sınamaq istəyir. Hazırda adlarıı açıqlanmayan Avropa klubları futbolçunun xidmətində maraqlıdır.

Firpo 2021-ci ilin iyulunda “Barselona”dan “Lids”ə keçib. O, 2022/23 mövsümündə “Lids”in heyətində 25 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

“Lids”lə yanaşı, Premyer Liqadan Çempionşipə yuvarlanan “Lester”i də bəzi futbolçular tərk etməyə yaxındır. Xatırladaq ki, türkiyəli futbolçu Çağlar Söyüncü “Lester”dən “Atletiko”ya keçə bilər. Belçikalı Yuri Tilemans isə “Roma”nın diqqətini çəkib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button