Kloppun qərarı “Leyptsiq”də narazılığa səbəb olub

“Leyptsiq” rəhbərliyində baş məşqçi Ole Vernerin istefasından sonra ciddi fikir ayrılığı yaranıb.

Komanda.az “sport.de”-yə istinadən xəbər verir ki, klubun idman direktoru Marsel Şefer məşqçinin vəzifədən uzaqlaşdırılması qərarının qəbul edilmə formasından narazı qalıb.

Şefer son aylarda iki dəfə Vernerin işdən çıxarılmasına qarşı çıxıb və daxili müzakirələr zamanı alman mütəxəssisə dəstək verib. Ancaq yekun qərar klub daxilində deyil, komandanın sahiblərindən olan “Red Bull”un qlobal rəhbərliyi səviyyəsində qəbul olunub.

Vernerlə yolların ayrılmasının əsas təşəbbüskarlarından birinin “Red Bull”un futbol layihələrinin rəhbəri Yurgen Klopp olduğu bildirilir. Məhz onun mövqeyi qərarın verilməsində həlledici rol oynayıb. Bundan sonra baş məşqçi və onun məşqçilər heyəti istefaya göndərilib.

Marsel Şeferin etiraz əlaməti olaraq vəzifəsindən ayrılması da istisna edilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button