Levandovskinin agentinin Milana səfəri gözlənilir

“Barselona”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavinin yenidən Milan şəhərinə səfəri gözlənilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçunun gələcəyi tez-tez “Milan”la əlaqələndirilsə də, vəziyyət bir qədər mürəkkəbdir. Belə ki, Zahavi eyni zamanda, Kristofer Nkunkunun da işlərini idarə edir və sonuncu artıq “Milan”ın formasını geyinir.

Digər tərəfdən, Levandovskinin xidmətində ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlıdır. Agent hazırda bütün təklifləri, o cümlədən, İtaliya ilə bağlı variantları diqqətlə dəyərləndirmək niyyətindədir.

37 yaşlı forvard hazırda “Barselona”nın şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button