Levandovski MLS klubu ilə danışıqlara başlayıb

Polşa millisinin hücumçusu Robert Levandovski karyerasını Amerikada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu və onun agentləri MLS təmsilçisi “Çikaqo Fayr”la danışıqlara başlayıblar. Forvardın yaxın vaxtlarda klub rəhbərliyi və məşqçilər korpusu ilə görüşəcəyi, həmçinin, komandanın bazasına baş çəkəcəyi bildirilib. Bundan sonra tərəflər maliyyə şərtlərini müzakirə edəcəklər.

Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti iyunda başa çatır və uzadılmayacaq. O, 2025/26 mövsümündə Kataloniya klubunun heyətində bütün yarışlarda 46 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button