“Bayern” rəsmisindən Levandovski ilə bağlı sərt açıqlama

Robert Levandovski “Bayern”i tərk etməyəcək.

Komanda.az “El Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Bayern”in icraçı direktoru Oliver Kan, mətbuatdakı müxtəlif söz-söhbətlərə baxmayaraq, polşalı hücumçunun bu yay klubu tərk etməyəcəyini söyləyib:

“Sanki Levandovski haqqında kimin ən böyük cəfəngiyyatı yaza biləcəyi ilə bağlı müsabiqə var. Gələn mövsüm Robert yenə bizim üçün oynayacaq. Çünki onun hələ “Bayern”də bir mövsümü qalıb. Bir mövsümdə 40 qol!”

Son günlər xarici mətbuatda Levandovskinin “Barselona”ya keçəcəyi ilə bağlı məlumatlar yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button