Levandovski “Barselona”nın gənc futbolçusunu təriflədi

“Barselona”nın hücumçusu Robert Levandovski komandanın yarımmüdafiəçisi Qavinin yoxluğundan danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, polşalı forvard, uzun zamandır zədədən əziyyət çəkən komanda yoldaşı haqda bunları deyib:

“O, hərəkətləri və təzyiqi ilə oyun yaxşı getməyəndə komandanı motivasiya edən oyunçulardan biridir”. 

Qavi bu mövsüm bütün turnirlərdə 15 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button