
“Barselona” Levandovski ilə razılığa gələ bilmir
“Barselona”nın hücumçusu Robert Levandovski bu mövsüm bitdikdən sonra klubdan ayrılmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər bu yay başa çatacaq müqavilənin müddətinin uzadılması üçün şərtlərdə razılığa gələ bilmir. Kataloniya klubunun 37 yaşlı polşalı futbolçu ilə müqaviləni davam etdirmək şansları sürətlə azalır. Bu isə forvardın yaxın zamanda azad agent olacağına işarə edir.
Levandovski 2022-ci ildə “Bayern”dən “Barselona”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



