Lempardı Cerrarda bənzədib, təhqir etdilər

“Tottenhem” klubunun azarkeşləri “Everton”un baş məşqçisi Frenk Lempardın ünvanına təhqiramiz şüarlar səsləndiriblər.

Komanda.az “Daily Mirror”a istinadən xəbər verir ki, “Everton”la oyunda “Tottenhem”in azarkeşləri Lempardın ünvanına “Sən sadəcə pis Stiven Cerrardsan” şüarları səsləndiriblər.

Stiven Cerrard “Aston Villa”nın baş məşqçisidir.

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən oyunda “Tottenhem” “Everton”u 5:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button