ÇL: Lempard oyundan sonra futbolçularına nə deyib?

“Çelsi”nin baş məşqçisi Frenk Lempard UEFA Çempionlar Liqasının 1/4 finalının “Real”la ilk oyununu (0:2) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşılaşma ərzində yaxşı epizodlar yaxaladıqlarını dilə gətirib:

“Oyunu meydanda başa vuran 10 futbolçumla fəxr edirəm. Nəticə bizi məyus edir. Yaxşı epizodlarımız oldu. Öncə Joao Feliks, sonra Rahim Sterlinq, sonra da Meyson Mount həmin imkanlardan yararlana bilmədi.

Şanslarımız olsa da, nəticə fərqlidir: məğlub olduq. Matçdan sonra oyunçularıma dedim ki, öz meydanımızda həmişə xüsusi hadisələr olur. Komandamız yaxşı futbolçulardan təşkil edilib. Sadəcə inanmalıyıq”.

İngiltərəli mütəxəssis uğur qazanmaq üçün diqqət etməli olduqları məsələlərdən danışıb:

“Cavab oyununda əsl döyüş olacaq. Daha yüksək səviyyəli futbol göstərməliyik. Bəzi xırda nüansları başa düşmək, matça düzgün fokuslanmaq, daha yaxşı oynamaq lazımdır. Uğur qazansaq, bu, yalnız qeyd etdiyim məqamlara görə mümkün ola bilər”.

“Çelsi” – “Real” duelinin cavab oyunu Londonda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button