Lempard Kompanini əvəz edə bilər

“Bernli”nin baş məşqçisi Vensan Kompani klubu tərk edərək “Bayern”ə rəhbərlik edəcək. 

Komanda.az “Mirror Football”-a istinadən xəbər verir ki, İngiltərə klubunun siyahısında iki namizəd var: Frenk Lempard və Stiv Kuper. Hər iki mütəxəssis hazırda işsizdir. 

Lempardın son klubu ötən yay tərk etdiyi “Çelsi” olub. Kuper isə 2023-cü ilin dekabrında “Nottingem Forest”in baş məşqçi vəzifəsindən qovulduqdan sonra işsiz qalıb.

“Bernli” yeni mövsümə İngiltərə Çempionşipində başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button