“Legiya”da Mahir problemi: “…ağılsızlıqdır”

“Legiya”nın idman direktoru Yatsek Zelinski komandanın futbolçusu Mahir Emreli ilə bağlı açıqlama verib.

Komanda.az “sport.tvp.pl” saytına istinadən xəbər verir ki, Zelinski, komandanın Dubay toplanışına qatılmayan və klubu tərk etmək istəyən Emreli ilə bağlı bunları söyləyib:

“Məşqlərə qatılmamaqla şəxsi məqsədlər üçün istifadə etmək ağılsızlıqdır. Bu, ilk növbədə futbolçunun özünə ziyandır. Emreli bizim oyunçudur”.

“Legiya”nın baş məşqçisi Aleksander Vukoviç də Mahirin hələ klubun oyunçusu olduğunu bildirib:

“Mahir bizimlə olmasa da, o, müqavilə ilə “Legiya”ya məxsusdur”.

Məlumatda, Türkiyənin “Başakşəhər” klubundan “Legiya”ya Mahir üçün rəsmi təklif gəldiyi bildirilib. İstanbul klubunun təklif etdiyi 750 min avro isə Varşava təmsilçisini qane etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button