“Legiya”nın futbolçusu Mahir haqda: “Onun başı lazım olduğu kimi işləmədi”

“Legiya”nın futbolçusu Bartoş Kaputska keçmiş komanda yoldaşı Mahir Emreli haqda danışıb.

Komanda.az “futbol.pl” saytına istinadən xəbər verir ki, polşalı futbolçu, Mahirlə hazırda əlaqəsinin olmadığını deyib:

“Mahir özünü pis hiss edə bilərdi, amma onun başı lazım olduğu kimi işləmədi. “Legiya”dakı macərasının əvvəlindən qol vura biləcəyini sübut etdi. İlin sonunda artıq başqa məlumatlar gəlirdi. Qış fasiləsinə gedəndə vəziyyət dəyişdi. Bundan sonra Mahirlə bir əlaqəm olmayıb”.

Mahir Xorvatiyanın “Dinamo” klubu ilə 4,5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button