“Legiya” – “Qarabağ” oyununun hakimləri açıqlandı

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Legiya” (Polşa) – “Qarabağ” oyununun təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, Varşavada keçiriləcək matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Tobias Ştiler olacaq. Ona yan xətt hakimləri Kristian Qitelman və Rafael Foltin kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Daniel Şlaqer yerinə yetirəcək.

Oktyabrın 1-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.