Leaodan Messi – Ronaldo müqayisəsi

“Milan”ın hücumçusu Rafael Leao, Kriştiano Ronaldo və Lionel Messinin karyera uğurlarını müqayisə edib.

Leaoya hazırda “İnter Mayami”də çıxış edən argentinalı hücumçu Messini üstün tutmaq barədə sual verilib, çünki onun kolleksiyasında dünya çempionluğu titulu var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, dünya çempionluğunun həmyerlisi Ronaldo üçün də vacib olduğunu bildirib:

“Əlbəttə, dünya çempionluğu Ronaldo üçün də vacibdir, çünki o, hələ bu titulu qazanmayıb. Amma bu, heç nəyi dəyişmir. Ronaldo hələ də futbol tarixinin ən böyük oyunçularından biri olaraq qalır”.

Portuqaliya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Özbəkistan və Kolumbiya yığmaları ilə qarşılaşacaq. Üçüncü rəqib hələ müəyyənləşməyib. Argentinalılar isə Əlcəzair, Avstriya və İordaniya milliləri ilə üz-üzə gələcək.

Mundial Meksika, ABŞ və Kanada olmaqla üç ölkədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button