Şevçenko: “Leao mənim oynadığım “Milan”ın bir hissəsi ola bilərdi”

“Milan”ın sabiq hücumçusu, hazırda Ukrayna Futbol Assosiasiyasının prezidenti olan Andrey Şevçenko keçmiş komandasının cari A Seriyası mövsümündəki çıxışını qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Milan” skudettoya can atır. Baş məşqçi Massimiliano Alleqrini çox yüksək qiymətləndirirəm, o, oyunçuları liderliyə aparmaqda yaxşıdır. Üslubunu bəyənib-bəyənməməyinizdən asılı olmayaraq, nəticə gətirir.

Rafael Leaonun (“Milan”ın hücumçusu) unikal keyfiyyətləri var. O, mənim oynadığım “Milan”ın bir hissəsi ola bilərdi”.

“Milan” İtaliya çempionatının 13 turundan sonra 28 xalla turnir cədvəlində liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button