Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya

“Milan”ın hücumçusu Rafael Leao komandanın baş məşqçisi Massimiliano Alleqri ilə aralarında problem yaşandığı barədə yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Torino” ilə oyundan əvvəl keçirilən məşq zamanı Alleqri portuqaliyalı futbolçuya komanda yoldaşlarına daha çox kömək etməli olduğunu deyib. İddialara əsasən, Leao cavabında bunu edə bilməyəcəyini bildirib.

Ancaq 26 yaşlı hücumçu sosial şəbəkə hesabında bu xəbərləri təkzib edib. O, yayılan iddialara qırmızı “X” emojisi ilə reaksiya verərək, məlumatların həqiqəti əks etdirmədiyini göstərib.

Daha əvvəl Leaonun “Milan”dan ayrılacağı barədə də xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button