
“Layiq olduğumuz mövqedə deyilik”
“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Araz-Naxçıvan”ı qəbul edib.
Komanda.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı çalışdırıcı bu gün iki xal itirdiklərini bildirib:
“İkinci hissəyə baxsaq, deyə bilərəm ki, bu gün iki xal itirdik. İlk hissədə gərginlik var idi. Çünki turnir cədvəlində yerimiz elədir ki, bu da futbolçuların çıxışına təsir. Son nöqtəni qoya bilmirik. Amma buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm, yaxşı mübarizə apardılar.
Bundan əlavə, azarkeşlərimiz də sağ olsunlar, sona kimi bizi dəstəklədilər. Onlara demək istəyirəm ki, sona kimi komandanın yanında olsunlar.
Bundan sonrakı hər oyunda da sonadək mübarizə aparacağıq. “Araz-Naxçıvan” bizdən iki dəfə çox oyunçu dəyişdi. Turnir cədvəlindəki mövqelərindən də elə görünürdü ki, üç xalı asanlıqla qazanacaqlar. Amma biz göstərdik ki, oynaya bilirik və heç də layiq olduğumuz mövqedə deyilik”.
“Qəbələ” növbəti turda “Zirə”nin qonağı olacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



