“Latsio” ingiltərəli yarımmüdafiəçi ilə maraqlanır

“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik “Latsio”nun maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Massimiliano Alleqri 29 yaşlı futbolçu ilə yolları ayırmaq niyyətində deyil və onu komandada saxlamaq istəyir.

İngiltərəli yarımmüdafiəçiyə “Beşiktaş” da maraq göstərir.

Loftus-Çik cari mövsümdə bütün turnirlərdə 19 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button