
Laporta: “Lazım olarsa, yeni futbolçular transfer edə bilərik”
“Barselona”nın sabiq prezidenti Xuan Laporta kIubun transfer planları ilə bağlı açıqlama verib.
Son vaxtlar Kataloniya təmsilçisinin bir sıra ulduz futbolçularla maraqlandığı barədə xəbərlər yayılır.
Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, klubun sabiq rəhbəri bu iddiaların bir hissəsini təkzib edib və hazırda bazarda uyğun seçim görmədiyini bildirib:
“Əlbəttə, lazım olarsa, yeni futbolçular transfer edə bilərik. Amma bu yalnız uyğun imkan yaranarsa baş verəcək. Hazırda bazarda belə variantlar görmürəm”.
“Barselona” qış transfer dövründə yalnız bir futbolçu ilə güclənib. Kataloniya klubu sağ cinah müdafiəçisi Joao Kanselonu “Əl-Hilal”dan mövsümün sonuna qədər icarəyə götürüb.
Kataloniya klubunda yeni prezident seçkiləri martın 15-də keçiriləcək və qalib rəsmi olaraq iyulun 1-dən vəzifəsinin icrasına başlayacaq.
Bizi Facebook-da izləyin



