Laporta Alvares haqda: “Təklifimiz masadadır”

“Barselona”nın prezidenti Xuan Laporta “Atletiko”nun baş direktoru Migel Anxel Xil Marinin Xulian Alvareslə bağlı açıqlamalarına cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri, Kataloniya təmsilçisinin argentinalı hücumçuya marağının davam etdiyini, ancaq edilən təklifin məhdud müddət ərzində qüvvədə qalacağını bildirib:

“Hər kəsin fikrinə hörmətlə yanaşıram. Bildiyim yeganə şey odur ki, biz təklif etmişik. Təklifimiz masadadır və elə bir məqam gələcək ki, o, bizim üçün artıq aktuallığını itirəcək”.

Daha əvvəl “Atletiko”nun baş direktoru Migel Anxel Xil Marin Alvaresin satılmayacağını və karyerasını Madrid klubunda davam etdirəcəyini açıqlamışdı.

26 yaşlı forvard ötən mövsüm bütün turnirlərdə keçirdiyi 49 oyunda 20 qol vurub və 10 məhsuldar ötürmə verib. Futbolçunun özü isə daha əvvəl arzusunu gerçəkləşdirmək üçün “Atletiko”dan ayrılmaq istədiyini bildirmişdi.

Alvares hazırda Argentina millisinin heyətində 2026-cı il dünya çempionatında çıxış edir. O, iyulun 19-da keçiriləcək final matçında İspaniya millisinə qarşı meydana çıxacaq. Oyunun start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button