
Laporta növbəti dəfə “Barselona”nın prezidenti seçildi
”Barselona” klubu prezident seçkilərinin nəticələrini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Hazırkı klub prezidenti Xuan Laporta səslərin 68,18 faizini toplayaraq qalib gəlib. Onu 32 934 seçici dəstəkləyib. Laportanın rəqibi Viktor Fonta (29,78 faiz) 14 385 səs verilib.
Bülletenlərin 984-ü (2,04 faiz) boş qalıb.
2021-ci ildən bu vəzifədə olan Laporta 2003-cü ildən 2010-cu ilədək də “Barselona”nın prezidenti vəzifəsini daşıyıb. İndi o, 2031-ci ilədək Kataloniya təmsilçisinə rəhbərlik edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



