Laporta: “PSJ Yamal üçün 250 milyon avro təklif etmişdi”

“Barselona”nın sabiq prezidenti Xuan Laporta komandanın vingeri Lamin Yamal üçün PSJ tərəfindən edilən rekord transfet təklifindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, iki il əvvəl parislilərin Yamal üçün 250 milyon avro təklif etdiklərini bildirib:

“İki il əvvəl parislilər Yamal üçün bizə 250 milyon avro təklif etmişdilər. “Barselona” imtina etdi. Lamin o vaxt 17 yaşında idi. Çoxu bizim dəli olduğumuzu düşünürdü”.

Yamal 2025-ci il “qızıl top” səsverməsində ikinci yeri tutub. İspaniyalı futbolçunun bazar dəyəri 200 milyon avro olaraq qiymətləndirilir. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button