
Laporta “Atletiko” ilə oyun haqda: “Geridönüşə inanırıq”
“Barselona”nın sabiq prezidenti və bu posta yenidən namizədliyini irəli sürən Xuan Laporta kataloniyalıların İspaniya kubokunun finalına yüksələcəyinə inanır.
“Barselona” bu gün yarımfinalın cavab matçında “Atletiko”nu qəbul edəcək. İlk oyun madridlilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Laporta özünün də, “Barselona”dakı hər kəsin də geridönüşə inandıqlarını bildirib:
“Mən də, “Barselona”dakı hər kəs də geridönüşə inanırıq. Bu, mümkündür və bütün “Barselona” azarkeşləri bunun baş verməsini görmək əzmindədirlər. Bunu edəcək bacarıqlı və motivasiyalı bir komandamız var.
Onlar gənc, azad ruhlu bir komandadır. Onların əhval-ruhiyyəsini bilirəm və bu, vəziyyəti idarə etməyin ən yaxşı yoludur. Biz komandanın yanında olcağıq və onu dəstəkləyəcəyik”.
Bizi Facebook-da izləyin



