Lamin Yamalın qəzəbi – FOTO

“Barselona”nın vingeri Lamin Yamal “Rayo Valyekano” ilə La Liqa matçında (1:0) əvəzlənməsinə görə çox narazı qalıb. İspaniyalı futbolçu 82-ci dəqiqədə əvəzlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Yamal meydanı tərk edərkən bir neçə dəfə “Həmişə mən. Bu, dəlilikdir” deyə, təkrarlayıb. Məlumata görə, o, baş məşqçi Hans-Diter Flikə tərəf də baxmayıb.

Yamal daha sonra ehtiyat oyunçular skamyasında meydançaya işarə edərək, jestlər edib və şikayət etməyə davam edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button