Tebas La Liqanın rəhbəri postuna yenidən namizəd olacaq

İspaniya La Liqasının prezidenti Xavyer Tebas növbəti müddət üçün yenidən seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Hazırkı mandatı 2027-ci ildə başa çatacaq funksioner 2013-cü ildən La Liqanın rəhbəridir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas namizədliyini irəli sürəcəyini bildirib:

“Namizədliyimi irəli sürəcəm. Piratçılıq (qanunsuz surət və ya yayım) və idarəetmə problemləri daha irəliləmiş vəziyyətdə olsaydı, namizədliyimi düşünməzdim. La Liqanın başında olmaq asan deyil”.

O, həmçinin, əlavə edib ki, La Liqa hazırda yeganə inkişaf edən liqadır və növbəti 5 ildə 6,135 milyard avro gəlir əldə edəcək.

Tebas Niderland, Avstriya və İsveçrə çempionatlarını isə strukturlaşdırılmadıqları üçün az tamaşaçı cəlb edən liqalar kimi qiymətləndirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button