Rəsmi: Dembelenin cəzası açıqlandı – “Real”la oyunda…

La Liqanın 8-ci turunun “Sevilya” ilə oyununda qırmızı vərəqə alan “Barselona”nın futbolçusu Osman Dembelenin cəzası məlum olub.

Komanda.az xəbər verir ki, fransız hücumçu iki oyunluq diskvalifikasiya olunub. Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

“Sevilya” ilə oyunun 88-ci dəqiqəsində hakimi təhqir edən Dembele, birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Dembele “Barselona”nın “Eybar” və “Real”la qarşılaşacağı oyunlarda iştirak etməyəcək.