La Liqanı Premyer Liqaya dəyişdi

İngiltərənin “Kristal Pelas” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın “Betis” klubunun yarımmüdafiəçisi Viktor Kamarasanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Kristal Pelas” 25 yaşlı ispaniyalı futbolçunu bir illik icarəyə götürüb. Amma mövsümün sonunda Premyer Liqa klubu onun transfer hüquqlarını da alacaq. Bunun üçün İspaniya klubuna 15 milyon avro təzminat ödənilməlidi.

“Levante”nin yetirməsi olan Kamarasa ölkəsində “Betis”lə yanaşı “Alaves”də də forma geyinib. Yarımmüdafiəçi ötən mövsümü İngiltərənin digər klubu “Kardiff Siti”də icarədə keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button