La Liqadan A Seriyasına 28 milyonluq transfer

“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İtaliya klubu Mali millisinin və İspaniyanın “Almeriya” komandasının hücumçusu El Bilal Tureni heyətinə qatıb.

21 yaşlı forvardın transferi 28 milyon avroya başa gəlib.

Peşəkar karyerasına “Reyms”də başlamış Ture ötən ilin yayından “Almeriya”da forma geyinirdi. O, 2020-ci ildən Mali yığmasının da formasını geinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button