
La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
İspaniyanın “Betis” klubu baş məşqçisi Manuel Pelleqrini ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında anlaşmanın müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 72 yaşlı çilili mütəxəssis 2020-ci ilin yayından komandaya rəhbərlik edir.
“Betis” hazırda 21 xalla La Liqanın turnir cədvəlində 5-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



