La Liqa klubundan 8 milyon avroluq transfer

İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Belçikanın “Genk” klubunun müdafiəçisi Jozef Aydunu transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı qanalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Selta” bu transferə görə “Genk”ə 8 milyon avro təzminat ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button