La Liqa klubundan 4 milyon avroluq transfer

İspaniyanın “Xetafe” klubu mövsümün əvvəlində Almaniya “Herta”sından satınalma şərti ilə icarəyə götürdüyü Paraqvay yığmasının mərkəz müdafiəçisi Omar Alderetenin transfer hüquqlarını da alıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər 5 illik müqaviləyə imza atıblar. Futbolçunun transfer məbləği 4 milyon avro təşkil edib.

Alderete bu mövsüm “Xetafe”nin heyətində 26 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button