La Liqa klubunda baş məşqçi dəyişikliyi

İspaniyanın “Qranada” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.

Komanda.az xəbər verir ki, La Liqa klubu Pako Lopesi istefaya göndərib.

Buna komandanın uğursuz çıxışı səbəb olub. Lopes 2022-ci ilin noyabrından “Qranada”ya rəhbərlik edirdi.

Artıq “Qranada”nın yeni baş məşqçisi də məlumdur. Komandanı bundan sonra Aleksandr Medina çalışdıracaq. 45 yaşlı uruqvaylı ilə müqavilə 2024-cü ilin yayına kimidir.

“Qranada” bu mövsüm İspaniya La Liqasında 14 oyuna topladığı 7 xalla 19-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button