La Liqa klubunda argentinalı baş məşqçi

İspaniyanın “Elçe” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Sebastyan Bekkasese çalışdıracaq.

Argentinadan olan 42 yaşlı mütəxəssislə 2023/24 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Son olaraq Argentinanın “Defensa Xustisiya” komandasına rəhbərlik etmiş Bekkasese, ölkəsində “Rasinq” və “İndependyente”nin də baş məşqçisi olub. Çilidə “Universidad de Çili”ni də çalışdırmış gənc mütəxəssis bir müddət Argentina millisində də köməkçi məşqçi kimi işləyib.

“Elçe” La Liqada 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button