La Liqa klubu italiyalı futbolçu transfer etdi

İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Kyevo” klubunun müdafiəçisi Federiko Barbanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma transferin müddəti və digər detalları açıqlanmayıb.

26 yaşlı italiyalı futbolçu 2018-ci ildən “Kyevo”da çıxış edirdi. O, geridə qalan mövsümdə A Seriyasında 30 oyuna çıxıb.

“Roma”nın yetirməsi olan Barba karyerası ərzində “Qrosseto”, “Empoli”, “Ştutqart” (Almaniya), “Sportinq” (Xixon, İspaniya) klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button