La Liqa klubu braziliyalı qapıçı ilə vidalaşdı

İspaniyaın “Selta” klubu braziliyalı qapıçısı Dieqo Alveslə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

37 yaşlı qolkiperlə müqaviləyə xitam verilib. Buna təcrübəli futbolçunun xroniki zədədən əziyyət çəkməsi səbəb olub.

Alves “Selta”ya bu ilin fevralında azad agent kimi transfer edilmişdi. Lakin o, zədə səbəbindən bu komandada debüt şansı qazanmayıb.

O, daha öncə “Atletiko Mineyro”, “Almeriya”, “Valensiya” və “Flamenqo” kimi komandaların uğurları üçün çalışıb, Braziliya yığmasında 10 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button