La Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı

İspaniyanın “Selta” klubu baş məşqçisi Rafael Benites ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

63 yaşlı ispaniyalı mütəxəssis “Selta”nın “sükanı arxasında” bu mövsüm bütün turnirlər daxil olmaqla 33 matçda 9 qələbə qazanıb, 9 heç-heçə edib və 15 dəfə məğlub olub.

Klub sonuncu dəfə İspaniya çempionatının 28-ci turunda “Real”a 0:4 hesabı ilə uduzub.

Benites 2023-cü ilin yayından “Selta”nı çalışıdırırdı. Onun müqavilə müddəti yayda başa çatacaqdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button