“Lənkəran” “Sərhədçi”yə məğlub oldu

Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Səfərdə “Lənkəran”la üz-üzə gələn “Sərhədçi” 83:69 hesablı qələbə qazanıb. Matç Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

Tura fevralın 14-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button