“Lənkəran” “Ordu”ya məğlub oldu

Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk matçında “Lənkəran” “Ordu”nu qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 103:63

Xallarının sayını 29-a çatdıran “Ordu” B qrupunda liderdir. Meydan sahibləri 19 xalla sonuncu – altıncıdır.

Bu gün, saat 20:00-da Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınmış NTD – “Gəncə” görüşü keçiriləcək.

Tura fevralın 1-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button