
“Kəpəz”in oyunu azarkeşləri qəzəbləndirdi: Tribunadan baş məşqçiyə çağırış
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Kəpəz” “Turan Tovuz”la qarşılaşır. Oyun Yevlax şəhər stadionunda keçirilir və hazırda hesab Tovuz təmsilçisinin xeyrinə (2:0) davam edir. İlk oyunda da minimal hesabla məğlub olan Gəncə komandasının vəziyyəti daha da çətinləşib.
Komanda.az-ın Yevlaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, matçı izləmək üçün stadiona gələn azsaylı “Kəpəz” azarkeşləri komandanın çıxışından narazılıqlarını gizlətməyiblər. Oyunun fasiləsində tribunadan baş məşqçi Azər Bağırova ünvanlanan “Azər, “Kəpəz”i bura gətir!” şüarları səsləndirilib.
Futbolçular isə azarkeşlərin bu çağırışına reaksiya vermədən birbaşa paltardəyişmə otağına yollanıblar. Bir qədər sonra klub rəsmilərindən biri tribunaya yaxınlaşaraq, narazı azarkeşlərlə söhbət edib və onları sakitləşdirməyə çalışıb.

Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



