
“Kəpəz” azarkeşləri: “Masazır susubdur, bizi dinləyir” – FOTO
“Sabah” Azərbaycan Premyer Liqasının 21-ci turunda bu gün “Kəpəz”i qəbul edir.
Matçın ikinci hissəsinin əvvəlində meydanın kənarında isinmə hərəkətləri yerinə yetirən “bayquşlar”ın ehtiyat oyunçuları tez-tez gəncəli azarkeşlərin şüarlarına məruz qalıb.
Komanda.az xəbər verir ki, “Xəmsə” azarkeş qrupunun tribunası qarşısında isinən Amil Seydiyev və “Sabah”ın digər futbolçuları azarkeşlərin tənqidinə şüarlarına tuş gəliblər.
Belə ki, azarkeşlər tez-tez “Masazır susubdur, bizi dinləyir” kimi müxtəlif şüarlar səsləndiriblər.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



