Kyellini: “Buffon futbol tarixinin ən yaxşı qapıçısıdır”

İtaliya millisinin sabiq müdafiəçisi Corco Kyellini karyerasında kimləri ən yaxşı komanda yoldaşları hesab etdiyini açıqlayıb.

Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, Canluici Buffonun futbol tarixinin ən yaxşı qapıçısı olduğunu bildirib:

“Eyni komandada oynadığım ən yaxşı oyunçular şübhəsiz ki, Buffon və Kriştiano Ronaldo idi. Buffon futbol tarixinin ən yaxşı qapıçısıdır. Kriştiano futbol tarixində ən yaxşı 4 və ya 5 futbolçudan biridir. O, şübhəsiz ki, futbol olimpindədir.

Meydanda qarşılaşdığım ən yaxşısı Lionel Messi və Kriştiano Ronaldonun özü idi. Bir çox insan məndən soruşur: “Kim daha yaxşıdır, Messi, yoxsa Ronaldo?” Mən buna mübahisə kimi baxmıram, ikisi də üstündür. Əlbəttə, mən Kriştianoya daha yaxınam, çünki onunla oynamışam. Ancaq onların hər ikisi o qədər yaxşıdır ki, biri daha yaxşı, digəri daha pis ola bilməz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button