
“Kvaratsxeliya dünyanın ən yaxşı futbolçusudur”
“Milan”ın sabiq yarımmüdafiəçisi Klarens Zeedorf PSJ-nin vingeri Xviça Kvaratsxeliya haqqında yüksək fikirlər səsləndirib.
Gürcü futbolçu UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirilən ilk oyunda (5:4) dubl edərək diqqət mərkəzinə düşüb.
Komanda.az “Amazon Prime”-a istinadən xəbər verir ki, Kvartsxeliyanın dünənki çıxışından sonra niderlandlı keçmiş futbolçu onun barəsində xoş sözlər deyib:
“Kvaratsxeliya dünyanın ən yaxşı futbolçusudur. O, daha da inkişaf edəcək. Onun sol cinahda oynamağa davam edib-etməyəcəyini bilmirəm, çünki o, hər vəziyyətdə nə edəcəyini bilir. Müəyyən anlarda komandanı təkbaşına daşıyır. Onun oyun intellekti çox xoşuma gəlir. O, həm yarımmüdafiədə əlavə oyunçudur, həm də hücumda böyük töhfə verir. O, inanılmazdır.
Məncə, Xviçanın mərkəzə də keçmək üçün potensialı var – bu, Osman Dembelenin etdiyinə bənzəyir. O, hər vəziyyətdə nə edəcəyini bilir.
Onun xarakteri xoşuma gəlir, çətin anlarda komandanı irəli aparır, daim müdafiəyə qayıdır. O, mənə Ueyn Runini (“Mançester Yunayted”in keçmiş hücumçusu) xatırladır”.
Bizi Facebook-da izləyin



