Kvaratsxeliyanı izləyən 5 klub

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Avropanın böyük klublarının marağına səbəb olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı gürcü yarımmüdafiəçini 5 top klub izləyir. Bunlar “Real”, “Mançester Siti”, “Çelsi”, “Tottenhem” və “Liverpul”dur. Klubların skautları İtaliyadadır və Xviçanı izləyirlər.

“Napoli” rəhbərliyi futbolçunu yaxın vaxtlarda satmaq fikrində deyil.

Gürcü yarımmüdafiəçi yay transfer dövründə 10 milyon avroya Batumi “Dinamo”sundan “Napoli”yə keçib.

Kvaratsxeliya bu mövsüm 17 matçda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button