
Kurtua nə vaxt geri dönəcək?
“Real”ın zədəli qapıçısı Tibo Kurtua bərpa prosesini davam etdirir. O, ötən ayın ortalarında sağ bud nahiyəsindən zədə almışdı.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, belçikalı qolkiper bu ayın sonuna qədər yaşıl meydanlara qayıda bilər.
Madrid təmsilçisi UEFA Çempionlar Liqasında yarımfinala yüksəlsə, Kurtuanın həmin mərhələdə forma geyinmək şansı var. “Kral klubu” 1/4 finalın ilk oyununda öz meydanında “Bayern”ə 1:2 hesabı ilə məğlub olub. Cavab qarşılaşması isə gələn həftə Almaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



